8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Dünya

Sərxoş sərnişin İstanbul-London reysində ekipaj üzvünü dişləyib

London-Stanbul reysi ilə uçan AJet təyyarəsində sərxoş olduğu ehtimal edilən sərnişin stüardə və qadın sərnişini dişləyib. Şirkət onu qara siyahıya salaraq uçuş hüququndan məhrum edib.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
AJet təyyarəsi Sabiha Gökçen hava limanında
Dünya — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

AJet aviaşirkətinə məxsus təyyarədə insident baş verib. Londonun Stansted hava limanından İstanbuldakı Sabiha Gökçen hava limanına uçan təyyarədə sərnişinlərdən biri aqressiv davranışı ilə diqqət çəkib.

Sərxoş olduğu ehtimal edilən kişi uçuş zamanı yanında oturan qadın sərnişinə qarşı aqressiv davranıb. Qadın vəziyyətlə bağlı stüardlara məlumat verib. Ekipajın xəbərdarlıqlarına məhəl qoymayan kişi daha sonra həm stüardı, həm də qadın sərnişini dişləyib.

Hadisədən sonra pilot hava limanının dispetçerləri ilə əlaqə saxlayaraq təyyarədə baş verənlər barədə məlumat verib və polis əməkdaşlarının eniş zamanı təyyarəni qarşılamasını istəyib.

Təyyarə Sabiha Gökçen hava limanına endikdən sonra sərnişin polis tərəfindən saxlanılıb.

AJet hadisə ilə bağlı açıqlamasında bildirib ki, həm qadın sərnişin, həm də hücuma məruz qalan stüard həmin şəxs barədə şikayət ərizəsi verib.

Şirkət həmçinin bildirib ki, sərnişin aviasiya təhlükəsizliyi qaydalarını pozduğu üçün qara siyahıya salınıb və AJet reyslərindən istifadə etmək hüququndan məhrum edilib.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Sərxoş sərnişin İstanbul-London reysində ekipaj üzvünü dişləyibF4Media səsləndirməsi