Avtomobil dayanacaqları və qarajlar haqqında qaydalara dəyişiklik edilib
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiqlənmiş «Avtomobil dayanacaqları və qarajlar haqqında təxmini əsasnamə»yə dəyişiklik edib. Qərarı baş nazir Əli Əsədov imzalayıb.

Azərbaycan Nazirlər Kabineti 1999-cu il aprelin 6-da Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş «Avtomobil dayanacaqları və qarajlar haqqında təxmini əsasnamə»yə dəyişikliklər edib. Müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.
Yeni qərara əsasən, Daxili İşlər Nazirliyi öz balansında olan mühafizə olunan dayanacaqlara avtomobilin gətirilməsi və orada saxlanılması üçün ödəniş məbləğini təsdiq edir.
Bu tariflər İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla müəyyən edilir.
Mənbə: report.az





