Azərbaycanlı gimnastlar batut üzrə dünya kubokunda bürünc medal qazanıblar
İtaliyanın Riççone şəhərində keçirilən batut üzrə dünya kubokunda Azərbaycan gimnastları MƏqsud MƏqsudov və Hüseyn Abbasov sinxron növdə 52.470 bal toplayaraq bürünc medal qazanıblar.

İtaliyanın Riççone şəhərində keçirilən batut üzrə dünya kubokunda Azərbaycan gimnastları MƏqsud MƏqsudov və Hüseyn Abbasov sinxron tullanışlarda bürünc medal qazanıblar. Onların nəticəsi 52.470 bal olub.
Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Azərbaycan idmançıları ilk iki yeri tutan rəqiblərə uduzaraq sinxron proqramın mükafatçıları sırasına daxil olublar.
Mənbə: trend.az





