27 oktyabr 2026 Bakı —
media.az
Tehsil 3

Azərbaycan Tədris Akademiyası 15 illik yubileyini yeni layihələrlə qeyd edir

Azərbaycan Tədris Akademiyası (ASA) 15 illik fəaliyyəti münasibətilə yeni inkişaf mərhələsinə qədəm qoyur. “Əfsanə geri döndü” şüarı ilə təqdim olunan yenilənmə konsepsiyası çərçivəsində akademiya yeni modullar, fərqli hədəflər və innovativ layihələrlə fəaliyyətini genişləndirməyi planlaşdırır.

Tünzalə Məlikova2 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan Tədris Akademiyası 15 illik yubileyini yeni layihələrlə qeyd edir
Tehsil 3 — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Azərbaycan Tədris Akademiyası (ASA) 15 illik fəaliyyəti münasibətilə yeni inkişaf mərhələsinə qədəm qoyur. “Əfsanə geri döndü” şüarı ilə təqdim olunan yenilənmə konsepsiyası çərçivəsində akademiya yeni modullar, fərqli hədəflər və innovativ layihələrlə fəaliyyətini genişləndirməyi planlaşdırır.

2011-ci ildən fəaliyyət göstərən akademiyanın yeni konsepsiyasında peşəkar təlimlər, karyera inkişafı, insan kapitalının gücləndirilməsi və yaradıcı layihələr əsas istiqamətlər kimi müəyyənləşdirilib. Yenilənmə akademiyanın tədris və inkişaf sahəsindəki təcrübəsini yeni yanaşmalarla birləşdirmək məqsədi daşıyır.

“Natiqlik pasportu” – yeni layihə

Akademiyanın yeni təşəbbüsləri sırasında “Natiqlik pasportu” layihəsi xüsusi yer tutur. Noyabrın 1-də start götürəcək layihə üç modul və 20 təlimdən ibarət olacaq. Proqram iştirakçıların natiqlik bacarıqlarının, özünüifadə imkanlarının və peşəkar ünsiyyət qabiliyyətlərinin inkişafına yönəlib.

Layihəyə təcrübəli televiziya jurnalisti, redaktor və media mütəxəssisi İlhamə Novruzova rəhbərlik edir. O, uzun illər Azərbaycan televiziyasında çalışaraq AzTV, Space TV, Lider TV və Xəzər TV-də fəaliyyət göstərib. 40-dan çox sənədli filmin müəllifi olan İlhamə Novruzova televiziya jurnalistikası, redaktorluq və kommunikasiya sahələrində zəngin peşəkar təcrübəyə malikdir.

Onun media sahəsində qazandığı zəngin təcrübə və auditoriya ilə işləmək bacarığına əsaslanaraq, İlhamə Novruzovanın “Natiqlik pasportu” layihəsinə də öz peşəkarlığı ilə yeni imza atacağına inanırıq.

Müasir dövrdə natiqlik bacarıqları yalnız televiziya və səhnə fəaliyyəti ilə məşğul olanlar üçün deyil, rəhbərlər, menecerlər, sahibkarlar və müxtəlif sahələrdə çalışan mütəxəssislər üçün də mühüm əhəmiyyət daşıyır. Fikri aydın ifadə etmək, auditoriya qarşısında inamla danışmaq, düzgün təqdimat bacarıqlarına yiyələnmək və effektiv ünsiyyət qurmaq həm şəxsi, həm də peşəkar inkişafın vacib komponentlərindəndir.

Azərbaycan Tədris Akademiyasının 15 illik yubileyi çərçivəsində təqdim etdiyi yenilənmə konsepsiyası peşəkar təlimləri, karyera imkanlarını və yaradıcı təşəbbüsləri vahid inkişaf platformasında birləşdirmək niyyətini nümayiş etdirir. “Natiqlik pasportu” layihəsi də bu yanaşmanın bir hissəsi kimi iştirakçılara öz kommunikasiya bacarıqlarını inkişaf etdirmək və yeni peşəkar imkanlara hazırlaşmaq üçün zəmin yaradır.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Tehsil 3

Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar

Mingəçevir Dövlət Universitetinin beynəlxalq akademik mobillik imkanlarından yararlanan tələbələri 2026/2027-ci tədris ilinin payız semestrində Türkiyə, Qazaxıstan və Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrində təhsilə başlayıblar. Universitetin beynəlxalq

Qurban Qurbanzadə2 dəq oxunuş
Azərbaycan Tədris Akademiyası 15 illik yubileyini yeni layihələrlə qeyd edirF4Media səsləndirməsi