“AzərEnerji” və Çinin “Universal Energy” şirkəti bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev Çinin “Universal Energy” şirkətinin baş direktoru Yi Nan ilə görüşüb.

Görüş zamanı “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Çinin “Universal Energy” şirkətinin baş direktoru Yi Nan enerji sektorunda əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə ediblər.
Danışıqların əsas mövzuları bərpa olunan enerji mənbələri sahəsinin inkişafı və Çin enerji şirkətlərinin Azərbaycan ərazisindəki fəaliyyəti olub.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb və gələcəkdə iki struktur arasında tərəfdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Mənbə: musavat.com





