29 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.8907-0.008TRY 0.03410100×RUB 2.1118+0.0082
media.az
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 122 dollara qədər ucuzlaşıb

Dünya bazarında Azeri Light markasının qiyməti 5,11 dollar, yəni 4% azalaraq barrel üçün 122,49 dollara düşüb. Bu barədə neft bazarına istinadən Report məlumat yayıb.

Mətn ölçüsü
Azərbaycan neftinin qiyməti 122 dollara qədər ucuzlaşıb
İqtisadiyyat — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Dünya bazarında Azeri Light markalı Azərbaycan nefitinin qiyməti barrel üçün 122,49 dollara düşüb. Bu, 5,11 dollar, yəni 4% azalma deməkdir və qiymət əvvəlki səviyyədən aşağıdır. Bu barədə neft bazarına istinadən Report məlumat yayıb.

Hərracların nəticələrinə görə, Brent neft markasının dekabr fyuçersləri barrel üçün 119,52 dollar təşkil edib.

Ceyhan terminalında, FOB şərtlərilə, Azeri Light barreli 112,12 dollar olub. Bu, 4,28 dollar, yəni 3,68% azdır.

Azərbaycan dövlət büdcəsində cari il üzrə neft barrelinin orta qiyməti 65 dollar səviyyəsində planlaşdırılıb.

Azeri Light markasının minimum qiyməti 21 aprel 2020-ci ildə (15,81 dollar) fiksə olunub, maksimum qiymət isə 2008-ci ilin iyulunda (149,66 dollar) olub. Bu markalı neft Azərbaycanda «Azəri-Çıraq-Günəşli» (ACG) yataqlarının işlənməsi üzrə saziş çərçivəsində hasil edilir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sazişdə 35,3% pay təşkil edir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Azərbaycan neftinin qiyməti 122 dollara qədər ucuzlaşıbF4Media səsləndirməsi