16 noyabr 2026 Bakı — USD 1.70EUR 1.88050TRY 0.03380100×RUB 2.05110
media.az
Azərbaycan

Bakıda №49 marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib

№49 avtobus marşrutunun son dayanacağı Sabunçu rayonunda Mehdi Hüseynzadə küçəsindəki təmir işləri səbəbindən müvəqqəti olaraq Asif Əsədullayev küçəsinə köçürülüb.

İİlhamə Məmmədova1 dəq oxunuş
Mətn ölçüsü
Bakıda ictimai nəqliyyat avtobusu
Azərbaycan — F4Media

Bakıda №49 avtobus marşrutunun hərəkət sxemi təmir işləri səbəbindən müvəqqəti olaraq dəyişdirilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Avtomobil Nəqliyyatı Agentliyi (AYNA) Musavat.com-a məlumat verib.

Bakının Sabunçu rayonunda Mehdi Hüseynzadə küçəsində təmirlə əlaqədar nəqliyyat hərəkəti üçün məhdudiyyətlər tətbiq edilib.

Təmir işləri dövründə №49 marşrutunun son dayanacağı Asif Əsədullayev küçəsinə — Yeni Ramana yolu ilə kəsişməyə yaxın əraziyə köçürülüb.

Dəyişiklik həmin sahədə təmir işləri başa çatanadək qüvvədə qalacaq.

Paylaş

Oxşar materiallar

Hamısına bax