Bakıda qapalı qapı arxasında qalan uşaqlar xilas edildi
Son sutka ərzində Bakıda xilasedicilər dörd dəfə qapalı qapı arxasında qalan insanlara kömək edib. İki uşaq xilas edilib, daha üç nəfərə yardım göstərilib.

Son sutka ərzində Bakıda uşaqlar və böyüklər qapalı qapı arxasında qalıb və onları xilas etmək lazım gəlib. Bu barədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
İdarənin məlumatına görə, "112" qaynar xəttinə Bakıda insanların qapalı qapı arxasında qalması ilə bağlı müraciətlər daxil olub.
Həmin müraciətlər əsasında Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin xilasedici qüvvələri paytaxtda 4 təcili əməliyyat keçirib.
Keçirilən tədbirlər nəticəsində 2 uşaq xilas edilib, daha 3 nəfərə, o cümlədən bir uşağa müvafiq yardım göstərilib.
Mənbə: musavat.com




