Bosfor boğazında gəmi nasazlığı səbəbindən hər iki istiqamətdə hərəkət dayandırılıb
Bolqarıstandan İtaliyaya gedən Malta bayraqlı IVYAN gəmisi mühərrik nasazlığı səbəbindən Kanlıca yaxınlığında sürüklənib. Bosfor boğazında gəmi hərəkəti müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb.

İstanbulun Bosfor boğazında mühərrik nasazlığı səbəbindən gəminin sürüklənməyə başlaması nəticəsində hər iki istiqamətdə gəmi hərəkəti müvəqqəti dayandırılıb.
Hadisə oktyabrın 11-də, saat 19:10 radələrində baş verib.
Məlumata görə, Bolqarıstandan İtaliyaya doğru hərəkət edən, Malta bayrağı altında üzən 107 metr uzunluğundakı IVYAN kimyəvi tankeri Kanlıca rayonu yaxınlığında mühərrik nasazlığı ilə üzləşib və sürüklənməyə başlayıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Mühafizəsi Baş İdarəsinə məxsus KEGM-4, TAHLİSİYE-2 və TAHLİSİYE-9 katerləri, həmçinin KURTARMA-7 və KURTARMA-11 yedək gəmiləri göndərilib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində Bosfor boğazında gəmi hərəkəti hər iki istiqamətdə müvəqqəti dayandırılıb.
Hazırda hadisə yerində xilasetmə və təhlükəsizlik tədbirləri həyata keçirilir. Gəminin texniki nasazlığının aradan qaldırılması və boğazda hərəkətin bərpası ilə bağlı əlavə məlumat verilməyib.
Mənbə: milliyet.com.tr





