Girnedə bərə qəzası ilə bağlı 9 nəfər həbs edilib
Girne sahillərində baş verən bərə qəzası ilə əlaqədar gəmi heyəti və şirkət əməkdaşı olmaqla 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Şimali Kipr Türk Respublikasının (KKTC) Girne sahillərində 8 nəfərin həyatını itirdiyi bərə qəzası ilə bağlı aparılan istintaq çərçivəsində 9 nəfər həbs olunub.
Girne Qəza Məhkəməsinə çıxarılan şübhəli şəxslər arasında gəmi kapitanı M.Ö., ekipaj üzvləri M.S., M.G., S.E., V.H., R.İ., Z.Ö. və K.K., həmçinin şirkət əməkdaşı A.Ö. yer alır.
Saxlanılan şəxslərə “ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma” ittihamı irəli sürülüb.
İstintaq zamanı ifadə verən kapitan və ekipaj üzvləri qəzanın səbəbini açıqlayıblar. Onların sözlərinə görə, hadisə şiddətli dalğalar nəticəsində gəminin ön hissəsinin qopması səbəbindən baş verib.





