Husilər Səudiyyə Ərəbistanına məxsus helikopteri vurduqlarını açıqladılar
Yəmənli «Ənsar Allah» qrupu Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Apache helikopterini vurduğunu bildirib. Məlumat qrupun bəyanatına əsaslanır.

Yəməndə fəaliyyət göstərən və husilər kimi tanınan «Ənsar Allah» qrupu bildirib ki, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus «Apache» helikopterini vurub.
Qrupun yaydığı məlumata görə, hərbi helikopterə endirilən zərbə Krallıqla sərhəddə yerləşən ərazilərdən birində qeydə alınıb. Hadisə ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Mənbə: oxu.az





