Tramp: İran heç vaxt, heç vaxt nüvə silahı əldə etməyəcək
ABŞ prezidenti Donald Tramp İranın heç vaxt nüvə silahı əldə etməyəcəyini bildirib. O, bunu administrasiyasının əsas məqsədlərindən biri adlandırıb.

ABŞ prezidenti Donald Tramp İranın heç vaxt nüvə silahı əldə etməyəcəyini bildirib və bunu administrasiyasının əsas məqsədlərindən biri adlandırıb. Bunu o, Kentukkiştatındakı mitinqdə deyib.
Trampın sözlərinə görə, İran nüvə silahına malik deyil və heç vaxt onu əldə etməyəcək.
İran nüvə silahına malik deyil və heç vaxt, heç vaxt onu əldə etməyəcək. Bunun üçün bir neçə il əvvəl addım atılmalı idi.
Tramp həmçinin administrasiyasının ilk iki ildə misilsiz nəticələr əldə etdiyini bildirib. Bu nəticələr arasında o, İran ətrafındakı vəziyyəti, habelə Qrenlandiya və Venesuelanı qeyd edib.
Heç bir prezidentlik bizim iki ildə əldə etdiyimiz nəticələrə yaxın nəticə əldə edə bilməyib.
Mənbə: news.am





