28 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Siyasət

İlham Əliyev Tacikistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Emoməli Rəhmonu təbrik edib

Azərbaycan dövlət başçısı təbrik məktubunda Azərbaycan-Tacikistan münasibətlərinin inkişafında fəal dialoqun və qarşılıqlı etimadın rolunu qeyd edib.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan və Tacikistan prezidentləri
Siyasət — F4Media

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə Tacikistan Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.

Dövlət başçısı məktubunda ortaq dini, mədəni və tarixi köklərlə bağlı olan iki ölkə xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsindən məmnunluğunu ifadə edib.

İlham Əliyev vurğulayıb ki, yüksək səviyyəli fəal dialoq, müntəzəm təmaslar və sıx əməkdaşlıq ikitərəfli əlaqələrin sürətli inkişafı və dərinləşməsi üçün əlverişli şərait yaradır.

Azərbaycan Prezidenti qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və tərəflərin birgə səyləri ilə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

Paylaş

Oxşar materiallar

Hamısına bax