17 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8731-0.0074TRY 0.0337-0.0001100×RUB 2.0649+0.0138
media.az
Azərbaycan

İlham Əliyev Zayed Mükafatından təyin edilən 500 min dolları Qarabağ Dirçəliş Fonduna köçürüb

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdəlsalam İlham Əliyevə «İnsan Qardaşlığı üzrə Zayed Mükafatı»nın sertifikatını təqdim edib. Azərbaycan Prezidenti mükafatın 500 min dollar məbləğindəki pul hissəsini tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürmək barədə qərar qəbul edib.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan Prezidenti İlham Əliyev və Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdəlsalamın görüşü
Azərbaycan — F4Media

Sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdəlsalam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı dövlət başçısına «İnsan Qardaşlığı üzrə Zayed Mükafatı»nın sertifikatını təqdim edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərin tanınması əlaməti olaraq 2026-cı il üçün bu beynəlxalq mükafata layiq görülüb.

Mükafatın şərtlərinə əsasən, onun laureatına 500 min ABŞ dolları məbləğində pul mükafatı ödənilir. Azərbaycan Prezidenti bu məbləği tam həcmdə Qarabağ Dirçəliş Fonduna köçürmək qərarına gəlib.

Paylaş

Oxşar materiallar

Hamısına bax