İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. Tərəflər ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.
Söhbət zamanı tərəflər İlham Əliyev ilə Məhəmməd Əbdülsalamın əvvəlki görüşlərini məmnunluqla xatırlayıblar. Həmçinin Azərbaycan ilə Müsəlman Ağsaqqalları Şurası arasında əməkdaşlığın uğurlu inkişafı vurğulanıb.
Mənbə: oxu.az





