İran Yaponiyanı ABŞ-ın son diplomatik səyləri barədə məlumatlandırıb
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Yaponiyanın xarici işlər naziri Tosiimitsu Motegi ilə telefon söhbəti aparıb. İran XİN-in məlumatına görə, Əraqçi müzakirə olunan məsələlər üzrə İranın mövqeyini açıqlayıb.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Yaponiyanın xarici işlər naziri Tosiimitsu Motegi ilə telefon söhbəti aparıb. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. İdarənin məlumatına görə, söhbət zamanı Əraqçi müzakirə olunan məsələlər üzrə İranın mövqeyini açıqlayıb.
Motegi isə öz növbəsində qarşılıqlı maraq doğuran regional və beynəlxalq hadisələr və məsələlər üzrə Yaponiyanın mövqeyini təqdim edib. Tərəflər həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mənbə: trend.az





