Konqoda Ebola ilə bağlı son rəqəmlər açıqlandı: Yoluxanların sayı 8 mini keçdi
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının təsdiqlənmiş sayı ilk dəfə 8 mini keçib. Cari epidemiya 2018–2020-ci illərdəki alovlanmanı geridə qoyaraq ölkə tarixində ən böyük epidemiya olub.

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxmanın təsdiqlənmiş hallarının sayı ilk dəfə 8 mini keçib. Bu barədə milli ictimai səhiyyə institutunun məlumatları şahidlik edir.
İnstitutun son hesabatına əsasən, yoluxanların sayı 8 067 nəfərə çatıb, 3 901 nəfər ölüb.
Ölkə tarixində ən böyük alovlanma
Cari epidemiya 2018–2020-ci illərdəki alovlanmanı geridə qoyaraq Konqo Demokratik Respublikası tarixində ən genişmiqyaslı və ən ölümcül Ebola epidemiyası olub.
İnfeksiyanın yayılması barədə məlumatları Reuters agentliyi ölkə hökumətinin məlumatlarına istinadla yayır.
Mənbə: apa.az





