Litva dron insidentinə görə Belarusa nota göndərəcək
Sentyabrın 15-nə keçən gecə hava məkanına pilotsuz uçuş aparatının daxil olmasından sonra Litva Belarusa rəsmi nota hazırlayacaq. Bu barədə xarici işlər naziri Kəstutis Budris məlumat verib.

Litva ölkənin hava məkanının pilotsuz uçuş aparatı tərəfindən pozulması ilə bağlı insidentlə əlaqədar Belarusa rəsmi nota hazırlayır. Bu barədə Litvanın xarici işlər naziri Kəstutis Budris bildirib.
Pilotsuz uçuş aparatı sentyabrın 15-nə keçən gecə Litva ərazisi üzərində vurulub. Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, bu cür pozuntular qeydə alındıqda Vilnüs diplomatik nota tərtib edir və onu obyektin uçub gəldiyi dövlətə göndərir. Bu halda söhbət Belarusdan gedir.
Kəstutis Budris həmçinin dəqiqləşdirib ki, Litva öz müttəfiqləri ilə zəruri məsləhətləşmələr aparacaq. Təhlükəsizliyə təhdid olduqda NATO üzvlərinin məsləhətləşmələrini nəzərdə tutan Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinin mümkün tətbiqi ilə bağlı sualı şərh edən XİN rəhbəri vurğulayıb ki, ilk növbədə təhqiqatı başa çatdırmaq lazımdır. Hazırda fövqəladə tədbirlərin görülməsi tələb olunmur.
Mənbə: report.az





