Samandağda rip cərəyanına düşən iki nəfər dron dəstəyi ilə xilas edilib
Türkiyənin Samandağ rayonunda rip cərəyanına düşən iki nəfər Sahil Mühafizəsi əməkdaşlarının dron dəstəyi ilə keçirdiyi əməliyyat nəticəsində sağ-salamat xilas edilib.

Türkiyənin Hatay vilayətinin Samandağ rayonunda dənizə girən iki nəfər rip (çəkən) cərəyanına düşərək təhlükəli vəziyyətlə üzləşib. Hadisə barədə məlumat daxil olan kimi Sahil Mühafizəsi əməkdaşları ərazidə axtarış-xilasetmə əməliyyatına başlayıblar.
Axtarışlar havadan dron dəstəyi ilə həyata keçirilib. Müayinə zamanı dron vasitəsilə dənizdə cərəyana qapılan hər iki şəxsin yeri dəqiq müəyyən edilib.
Sahil Mühafizəsi heyəti operativ müdaxilə edərək hər iki nəfəri sağ və şüurları açık vəziyyətdə dənizdən çıxararaq qayığa götürüb.






