İstanbul hava limanında 20 kilo narkotik həb aşkarlandı
Gömrük mühafizəsi əməkdaşları İstanbul hava limanında 20 kq 260 qram narkotik həb aşkar ediblər. Şübhəli sərnişinlər Banqkokdan gəliblər.

İstanbul hava limanında gömrük mühafizəsi əməkdaşları 20 kq 260 qram narkotik həb aşkar ediblər. Bu barədə Türkiyə Ticarət Nazirliyinin yazılı açıqlamasında bildirilir.
Qurumun məlumatına görə, əməliyyat qaçaqmalçılığa qarşı mübarizə və risklərin təhlili çərçivəsində aparılıb. Əməliyyat zamanı Banqkokdan İstanbula gələn iki sərnişin müəyyən edilib.
Bu sərnişinlərin əl yükləri rentgen müayinəsinə göndərilib. Yoxlama zamanı şübhəli sahələrdə Csonti və Queen adlı narkotik aşkarlayan xidməti itlər reaksiya verib, bundan sonra çamadanlar ətraflı yoxlanılıb.
Aşkar edilən çəhrayı həblərdən nümunələr götürülüb. Analiz onların narkotik həb olduğunu göstərib. Ümumilikdə əməkdaşlar 20 kq 260 qram belə həb aşkar ediblər.
Faktla bağlı araşdırma Qaziosmanpaşa prokurorluğunun nəzarəti altında davam edir.
Mənbə: cnnturk.com





