Azərbaycanda sabah 35 dərəcəyədək isti hava gözlənilir, bəzi ərazilərdə dolu yağa bilər
24 sentyabrda Azərbaycanda temperatur 35 dərəcəyədək yüksələcək. Ayrı-ayrı ərazilərdə yağış, şimşək və dolu proqnozlaşdırılır.

24 sentyabrda Azərbaycanda əsasən quru hava şəraiti gözlənilir. Ərazilərdə gündüz havanın temperaturu 30–35 dərəcə olacaq, bəzi yerlərdə isə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntı gözlənilmir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Paytaxtda və Abşeronda gecə havanın temperaturu 20–23 dərəcə, gündüz 27–32 dərəcə olacaq. Atmosfer təzyiqinin 759 mm civə sütunu səviyyəsində, nisbi rütubətin isə gecə 70–80%, gündüz 60–65% olacağı gözlənilir.
Ölkənin rayonlarında da hava əsasən yağıntısız olacaq. Lakin axşam Quba-Qusar bölgəsinin bəzi yerlərində qısamüddətli yağış gözlənilir. Ayrı-ayrı yağıntılar leysan xarakterli ola bilər, şimşək çaxması və dolu ehtimalı var.
Gecə və səhər dağlıq rayonlarda duman proqnozlaşdırılır. Mülayim şərq küləyi gözlənilir.
Rayonlarda gecə havanın temperaturu 18–22 dərəcə, gündüz 30–35 dərəcə olacaq. Dağlarda gecə 12–17 dərəcə, gündüz 21–26 dərəcə gözlənilir.
Mənbə: oxu.az





