Sabah 34 dərəcəyə qədər isti gözlənilir
Sentyabrın 23-də Azərbaycanda əsasən quru hava şəraiti gözlənilir, regionlarda temperatur 34 dərəcəyə qədər yüksələcək.

Sentyabrın 23-də Azərbaycanda əsasən yağıntısız quru hava gözlənilir, regionlarda havanın temperaturu 34 dərəcəyə çatacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntısız keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman gözlənilir. Cənub-qərb küləyi səhər saatlarında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 19–21 dərəcə, gündüz 27–30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761-dən 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70–80%, gündüz isə 60–65% təşkil edəcək.
Azərbaycanın regionlarında da əsasən quru hava gözlənilir. Gecə və səhər saatlarında dağlıq rayonlarda duman mümkündür. Şərq küləyi əsəcək.
Regionlarda temperatur gecə 18–22 dərəcə, gündüz 29–34 dərəcə isti olacaq. Dağlarda gecə 10–15 dərəcə, gündüz 20–25 dərəcə isti olacaq.
Mənbə: report.az





