Pensiyaçılara ödənişlərlə bağlı yeni xəbər
Sentyabr ayı üzrə təqaüdlərin ödənilməsi Azərbaycanın bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında, Bakıda və rayonlarda başa çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu sentyabr ayı üzrə təqaüdlərin ödənilməsini bütün respublika üzrə başa çatdırıb.
Nazirliyinin məlumatına görə, sentyabr 8-də təqaüdlər Naxçıvan Muxtar Respublikasında, sentyabr 11-də isə Bakı, Sumqayıt və Abşeron rayonunda ödənilib. Sentyabr 22-də Azərbaycanın regionlarında qeydiyyatda olan şəxslərə ödənişlər başa çatdırılıb.
Güzəştli şərtlərlə təyin edilmiş təqaüdlər də ödənilib.
Mənbə: musavat.com





