14 noyabr 2026 Bakı — USD 1.70EUR 1.88050TRY 0.03380100×RUB 2.05110
media.az
Azərbaycan

Azərbaycanda orta aylıq pensiya 596 manata çatıb

Azərbaycanda orta aylıq pensiya 596 manata çatıb. Yaşa görə orta pensiya 634 manat təşkil edib.

Mətn ölçüsü
Azərbaycanda orta aylıq pensiya 596 manata çatıb
Azərbaycan — F4Media

Azərbaycanda orta aylıq pensiya məbləği 596 manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artım deməkdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məlumat verilib.

İlin əvvəlindən pensiyalar indeksləşdirilərək 9,3% artırılıb. Bununla yanaşı, yaşa görə orta pensiya məbləği 634 manat təşkil edib.

Yanvar-avqust aylarında pensiya ödənişlərinə 5 mlrd 222 mln manat yönəldilib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 10%, yaxud 488 mln manat çoxdur.

Səkkiz ay ərzində 26 min pensiya elektron sistemdə proaktiv qaydada təyin edilib. 2019-cu ildə pensiyaların elektron qaydada təyin edilməsinə başlanıldıqdan indiyədək bu üsulla 205 min pensiya rəsmiləşdirilib.

Paylaş

Oxşar materiallar

Hamısına bax