28 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8652+0.0021TRY 0.03350100×RUB 2.0757+0.0195
media.az
Dünya

Sankt-Peterburqda meymun çiçəyinə üçüncü yoluxma halı aşkarlanıb

Regional Rospotrebnadzor meymun çiçəyinin üçüncü halının Sankt-Peterburqda sutka ərzində qeydə alındığını bildirib. Turist səfərindən qayıdan xəstə xəstəxanaya yerləşdirilib.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Sankt-Peterburqda meymun çiçəyinə üçüncü yoluxma halı aşkarlanıb
Dünya — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Sankt-Peterburqda sutka ərzində meymun çiçəyinə üçüncü yoluxma halı aşkarlanıb.

Bu barədə şəhər üzrə Rospotrebnadzor qurumu rəsmi “Max” messencerindəki kanalında məlumat yayıb.

Məlumata görə, infeksiya turist səfərindən Sankt-Peterburqa qayıdan şəhər sakinində müəyyən edilib. “112” Telegram kanalının məlumatına əsasən, xəstə xəstəxanaya yerləşdirilib və onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Rospotrebnadzorun məlumatında bildirilib ki, mütəxəssislər hadisə ilə bağlı təcili sanitar-epidemioloji araşdırmaya başlayıblar. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə bütün zəruri əksepidemik tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Bundan əvvəl Sankt-Peterburqda iki nəfərin PZR testinin meymun çiçəyinə görə müsbət nəticə verdiyi açıqlanmışdı. Hazırda həmin şəxslər həkimlərin nəzarətindədir.

Bununla yanaşı, Moskva vilayətinin iki sakinində də meymun çiçəyi aşkarlanıb. Onların vəziyyəti ilə bağlı Domodedovo Mərkəzi Şəhər Xəstəxanasında məlumat verilib.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Sankt-Peterburqda meymun çiçəyinə üçüncü yoluxma halı aşkarlanıbF4Media səsləndirməsi