Slovakiya XİN Rusiya səfirini çağırıb
Slovakiyanın xarici işlər naziri Yuray Blanar rusiyalı diplomatın nazirliyə çağırıldığını bildirib və mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib.

Slovakiya Xarici İşlər Nazirliyi məsləhətləşmələr üçün Rusiya səfirini nazirliyə çağırıb. Bu barədə Slovakiyanın xarici siyasət idarəsinin rəhbəri Yuray Blanar sosial şəbəkələrdə məlumat verib.
Nazir öz bəyanatında Ukrayna münaqişəsinin hər iki tərəfini gərginliyi daha da artırmamağa çağırıb. Blanarın sözlərinə görə, bu cür hərəkətlər vəziyyətin sülh yolu ilə nizamlanmasına töhfə vermir.
Daha əvvəl Slovakiya XİN rəhbəri Qərb ölkələrinin münaqişənin ilkin mərhələsində mövcud olan nizamlanma imkanını pozduqları barədə fikir bildirmişdi. Hazırda nazir hər iki tərəfin tələblərini ödəyəcək razılaşmanın əldə olunmasının mümkünlüyünə şübhə ilə yanaşır.
Mənbə: lenta.ru





