24 oktyabr 2026 Bakı —
media.az
Dünya

Tokatda norovirus: 5 min nəfər xəstəxanaya müraciət edib, ev heyvanları ilə bağlı detallar

Tokatda təxminən 5 min nəfər ürəkbulanma, qusma və qarın ağrısı ilə tibb müəssisələrinə müraciət edib. Pişik və itlərdə də oxşar simptomlar qeydə alınıb, baytarlar sahibləri mütəxəssislərə müraciət etməyə çağırır.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Tokatda norovirusla bağlı tibb müəssisələrinə kütləvi müraciət
Dünya — F4Media

Türkiyənin Tokat şəhərində təxminən 5 min nəfər ürəkbulanma, qusma və qarın ağrısı şikayətləri ilə tibb müəssisələrinə müraciət edib. Şəhərin meri Mehmet Kamal Yazıcıoğlu bildirib ki, Səhiyyə Nazirliyinin Ankaradan gələn epidemioloji qrupları xəstəliyin səbəbinin norovirus olduğunu müəyyən edib.

Eyni dövrdə şəhərdə pişik və itlərdə də qusma və ishal kimi oxşar simptomlar müşahidə olunub. Tokat Baytarlıq Həkimləri Palatasının sədri Seyit Sami Karyagdı 15-dən çox baytarlıq klinikasında belə halların qeydə alındığını bildirib və heyvan sahiblərini diqqətli olmağa çağırıb.

Tokat Qaziosmanpaşa Universitetinin professoru Ercan Çaçan isə heyvanlarda aşkarlanan noroviruslarla insanlarda xəstəliyə səbəb olan viruslar arasında genetik fərqlərin olduğunu qeyd edib.

Professorun sözlərinə görə, norovirusun insanlar arasında əsas yayılma yolu insandan insana ötürülmədir. Virusun heyvanlardan insanlara keçməsi isə geniş şəkildə təsdiqlənmiş yoluxma mexanizmi hesab edilmir.

Paylaş

Oxşar materiallar

Hamısına bax