Tramp Braziliyanı Hindistanla səhv saldı
Donald Tramp Truth Social-da seçkilərlə bağlı paylaşım edərək Braziliyanı Hindistanla səhv salıb, sonra onu silib və düzəliş edilmiş versiyanı yerləşdirib.

ABŞ prezidenti Donald Tramp öz sosial şəbəkəsi Truth Social-da yerləşdirdiyi seçkilərlə bağlı paylaşımda Braziliyanı Hindistanla səhv salıb.
Paylaşımda amerikalı lider yazıb ki, Hindistanda prezident seçkilərinin birinci turunda 125 mln nəfər səs verib və nəticələr həmin gün elan olunub.
Hindistanda həmin gün seçki keçirilməyib. Ölkənin prezidenti Draupadi Murmu bu vəzifəni 2022-ci ilin iyulundan tutur. Bundan başqa, bu vəzifəyə birbaşa səsvermə yolu ilə deyil, parlamentin hər iki palatasının üzvlərindən və ştat məclislərindən ibarət seçicilər kollegiyası tərəfindən seçirlər.
Trampın göstərdiyi səsvermə sayı Braziliyada prezident seçkilərinin birinci turunun yekunları barədə məlumatlarla üst-üstə düşür. Orada səsvermə yerli vaxtla saat 17:00-da başa çatıb və nəticələr məntəqələr bağlandıqdan dərhal sonra elan olunmağa başlayıb.
Oktyabrın 25-də ikinci turda hazırkı prezident Luiz İnasio Lula da Silva və senator Flaviu Bolsonaru, keçmiş prezident Jair Bolsonarunun oğlu qarşılaşacaqlar. Onların heç biri 50%-dən çox səs toplamayıb.
Paylaşımdan sonra Tramp Truth Social-dakı ilkin postu silib və iki dəqiqə sonra düzəliş edilmiş versiyanı yerləşdirib.
Mənbə: news.am





