Tramp Kima Çen Ininlə noyabrda görüşə biləcəyini bildirib
ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Ininlə noyabrda Asiyada görüş ehtimalını istisna etməyib və belə danışıqlara hazır olduğunu bildirib.

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inlə noyabr ayında görüşə biləcəyini bildirib.
Tramp jurnalistlərin Asiyada belə bir görüşün keçirilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən Kim Çen Inlə münasibətlərinin yaxşı olduğunu deyib.
“Mən görüşə bilərəm. Bu maraqlı olmazdımı? Amma onunla yaxşı münasibətdəyəm”, – deyə ABŞ prezidenti bildirib.
Avqustun sonunda The Wall Street Journal qəzeti məlumatlı mənbələrə istinadən yazıb ki, Tramp payızda Asiyaya səfəri zamanı Şimali Koreya lideri ilə görüşmək imkanı axtarır.
Trampın noyabrın 18–19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etməsi gözlənilir. Bundan əvvəl onun Manilada ASEAN forumuna qatılması planlaşdırılır.
Tramp və Kim Çen In ABŞ prezidentinin ilk prezidentlik dövründə üç dəfə görüşüblər. Onların ilk sammiti 2018-ci ildə Sinqapurda, ikinci görüşü isə 2019-cu ildə Hanoyda keçirilib. Tərəflər arasında aparılan danışıqlar Şimali Koreyanın nüvə proqramı ilə bağlı razılaşma ilə nəticələnməyib.
Mənbə: news.am





