13 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.8992-0.0061TRY 0.0344-0.0001100×RUB 2.0276+0.0328
media.az
Siyasət

Tramp Rusiya və Ukraynanın enerji barışığına razılaşdığını bildirdi

ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında enerji barışığı barədə razılaşmanın əldə olunduğunu elan edib. Onun sözlərinə görə, saziş dərhal qüvvəyə minir.

Mətn ölçüsü
ABŞ prezidenti Donald Tramp
Siyasət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Tramp Rusiya ilə Ukrayna arasında enerji barışığının əldə olunduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutan barışıq barədə razılıq əldə olunduğunu bəyan edib. Onun sözlərinə görə, razılaşma dərhal qüvvəyə minir.

Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Bu andan etibarən Rusiya ilə Ukrayna arasındakı müharibədə enerji barışığı qüvvədədir. Hər iki tərəf razılaşdı. Onu pozmayın! Bu məsələyə diqqət göstərdiyinizə görə təşəkkür edirəm”, – deyə ABŞ Prezidenti bildirib.

Bəyanat Rusiya-Ukrayna müharibəsinin nizamlanması yolları və Ukraynanın siyasi gələcəyi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib.

Tramp daha əvvəl Ukrayna rəhbərliyinin dəyişməsi məsələsini gündəmə gətirərək Vladimir Zelenskinin prezident vəzifəsində qalmasını şübhə altına alıb. Zelenski isə ölkə rəhbərini seçmək hüququnun Ukrayna xalqına məxsus olduğunu bildirib. Onun sözlərinə görə, prezident seçkilərinin keçirilməsi üçün ilk növbədə atəşin dayandırılması təmin edilməlidir.

Ukrayna Prezidenti Amerikanın ABC News telekanalına müsahibəsində ABŞ-a müraciət edərək Rusiya Prezidenti Vladimir Putindən atəşin uzunmüddətli dayandırılmasına razılıq alınmasını istəyib.

“Əgər həqiqətən Ukraynada seçki keçirmək istəyirsinizsə, xahiş edirəm, Putinə deyin: bizə iki ay, 60 gün tam atəş dayandırılması verin, biz də seçki təşkil edək”, – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri ölkənin siyasi gələcəyi və rəhbərliyinin müəyyənləşdirilməsi ilə bağlı qərarın Ukrayna vətəndaşlarının iradəsinə əsaslanmalı olduğunu qeyd edib.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Tramp Rusiya və Ukraynanın enerji barışığına razılaşdığını bildirdiF4Media səsləndirməsi