25 oktyabr 2026 Bakı —
media.az
Dünya

Türkiyədə Zeytun, Zeytun yağı və Qastronomiya Festivalı böyük coşqu ilə başlayıb

Türkiyənin Hatay vilayətinin Altınözü rayonunda Zeytun, Zeytun yağı və Qastronomiya Festivalı keçirilib. Bu il onuncu dəfə təşkil olunan ənənəvi festival zeytun mövsümünün başlanmasını qeyd etməklə yanaşı, rayonun sosial infrastrukturuna töhfə verəcək yeni layihənin açılışı ilə də yadda qalıb.

Mətn ölçüsü
Türkiyədə Zeytun, Zeytun yağı və Qastronomiya Festivalı böyük coşqu ilə başlayıb
Dünya — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Türkiyənin Hatay vilayətinin Altınözü rayonunda Zeytun, Zeytun yağı və Qastronomiya Festivalı keçirilib. Bu il onuncu dəfə təşkil olunan ənənəvi festival zeytun mövsümünün başlanmasını qeyd etməklə yanaşı, rayonun sosial infrastrukturuna töhfə verəcək yeni layihənin açılışı ilə də yadda qalıb.

Bu barədə F4Media.az -ın Türkiyədəki xüsusi müxbiri Hüseyn Zorkun məlumat verib.

Hatay Böyükşəhər Bələdiyyəsi, Altınözü Kaymakamlığı və Altınözü Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə Altınözü Bələdiyyəsinin sədri Rıfat Sarı ev sahibliyi edib. Açılış mərasimində AK Partiyanın sədr müavini, Hatay millət vəkili Hüseyn Yayman, Hatay valisi Mustafa Masatlı, Hatay Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Öntürk, rayon bələdiyyələrinin rəhbərləri, millət vəkilləri, siyasi partiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, eləcə də çoxsaylı sakinlər iştirak ediblər.

Festivalın ilk günündə müasir infrastrukturu və geniş avtomobil dayanacağı ilə seçilən yeni Kent Meydanı istifadəyə verilib. Meydanın açılışından sonra orkestrin müşayiəti və xalq rəqsləri qruplarının çıxışları ilə yürüş təşkil olunub.

Daha sonra mərasim iştirakçıları zeytun sahəsinə gedərək ağac tingləri əkib, yeni mövsümün rəmzi olaraq ilk zeytun məhsulunu toplayıblar. Tədbir çərçivəsində zeytun yağı və yerli məhsulların təqdimatı, eləcə də dequstasiya təşkil edilib.

Mərasimdə çıxış edən Hatay valisi Mustafa Masatlı zeytun ağacının bölgənin tarixi, mədəni irsi və insanlar arasında qardaşlıq münasibətlərinin rəmzi olduğunu bildirib.

“Hatayı ən yaxşı ifadə edən ağac, əslində, zeytun ağacıdır. Zeytun sivilizasiyamızın mirası olmaqla yanaşı, insanlarımızın sülhünü, qardaşlığını və tarixini ifadə edir”, – deyə vali vurğulayıb.

AK Partiyanın sədr müavini və Hatay millət vəkili Hüseyn Yayman isə bölgədə birlik və həmrəyliyin əhəmiyyətinə diqqət çəkib. O, “Söhbət Hataydan gedirsə, qalan hər şey ikinci dərəcəlidir” fikrini səsləndirərək həmrəyliyin vacibliyini vurğulayıb.

Hatay Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Öntürk festivalın insanları bir araya gətirən əhəmiyyətindən danışıb və tədbirin xeyirli olmasını arzulayıb.

Festivalın ev sahibi, Altınözü Bələdiyyəsinin sədri Rıfat Sarı isə tədbirin on il ərzində məhdud imkanlarla inkişaf etdirilərək bu səviyyəyə çatmasından məmnunluğunu ifadə edib. O, dəstəyinə görə Mehmet Öntürkə təşəkkürünü bildirib və onu “Yoxdan var edən sədr” ifadəsi ilə xarakterizə edib.

Tədbir Qurani-Kərimin tilavəti və hədiyyələrin təqdim olunması ilə başa çatıb. Festival həm bölgənin zeytunçuluq ənənələrinin təbliği, həm də yerli məhsulların və qastronomiya mədəniyyətinin tanıdılması baxımından əhəmiyyət daşıyır.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Türkiyədə Zeytun, Zeytun yağı və Qastronomiya Festivalı böyük coşqu ilə başlayıbF4Media səsləndirməsi