8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Dünya

Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verdi

Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Okinava prefekturasında zəlzələ xəbərdarlığı
Dünya — F4Media

Yaponiyanın cənub hissəsində, Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, yeraltı təkanların episentri uzaq Yonaquni adası ərazisində yerləşib, ocaq isə 10 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Okinava Yaponiyanın ən cənub prefekturasıdır və yeraltı təkanların mütəmadi qeydə alındığı seysmik aktiv zonada yerləşir.

Paylaş

Oxşar materiallar

Hamısına bax