10 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9093+0.0045TRY 0.03450100×RUB 1.9998+0.0115
media.az
Tehsil 3

Yeni Yol” GMİB PR sahəsində könüllülük proqramına qeydiyyat elan edir

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi yaradıcı və inkişafa həvəsli gənclər üçün İctimaiyyətlə Əlaqələr (PR) sahəsi üzrə yeni könüllülük proqramına start verir. Proqramın məqsədi gənclərə real layihələr üzərində işləyərək praktiki təcrübə qazanmaq və peşəkar bacarıqlarını inkişaf…

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Yeni Yol” GMİB PR sahəsində könüllülük proqramına qeydiyyat elan edir
Tehsil 3 — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Yenilənib: Oktyabr 9, 2026 9:32 axşam

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi yaradıcı və inkişafa həvəsli gənclər üçün İctimaiyyətlə Əlaqələr (PR) sahəsi üzrə yeni könüllülük proqramına start verir. Proqramın məqsədi gənclərə real layihələr üzərində işləyərək praktiki təcrübə qazanmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaqdır.

Könüllülük proqramı çərçivəsində aşağıdakı istiqamətlər üzrə komanda üzvlərinin seçimi aparılır:

* Qrafik dizayner — sosial media üçün vizual materialların və postların hazırlanması;

* SMM mütəxəssisi — yaradıcı kontent və video materialların ərsəyə gətirilməsi;

* Fotoqraf — təşkilatın tədbir və layihələrinin foto və video çəkilişinin aparılması.

Proqrama qoşulan gənclər real layihələrdə kontent yaradılması, sosial media idarəçiliyi və təşkilatın tədbirlərində fəal iştirak imkanı əldə edəcəklər. Təcrübə müddətində iştirakçılara güclü portfolio formalaşdırmaq, real iş mühiti ilə tanış olmaq, yeni əlaqələr qurmaq və peşəkar bacarıqlarını artırmaq üçün əlverişli şərait yaradılacaqdır.

Proqramda iştirak etmək istəyən gənclər müraciətlərini yeniyolictimaibirliyi@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Yeni Yol” GMİB PR sahəsində könüllülük proqramına qeydiyyat elan edirF4Media səsləndirməsi