Bakıda gənclər üçün “Özgüvən” mövzusunda interaktiv təlim keçirilib
“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi və Gənclərin İnkişaf Akademiyasının birgə əməkdaşlığı ilə gənclərin şəxsi inkişafı və psixoloji davamlılığının artırılması məqsədilə “Özgüvən” mövzusunda təlim proqramı uğurla həyata keçirilib.

Klinik psixoloq Sevinc İsmayılovanın təqdimatında baş tutan təlimdə gənclərin özünəinam hissinin gücləndirilməsi, gündəlik həyatda və peşəkar mühitdə effektiv ünsiyyət bacarıqlarının formalaşdırılması, bədən dilindən doğru istifadə və həyəcanın idarə olunması kimi aktual mövzular ətraflı təhlil edilib.
Tədbir çərçivəsində nəzəri biliklərlə yanaşı, iştirakçıların praktiki vərdişlərə yiyələnməsi üçün interaktiv komanda oyunları, keys təhlilləri və simulyasiyalar təşkil olunub. Təlim gənclərin fəal iştirakı və qarşılıqlı müzakirələri fonunda yekunlaşıb.