Yunanıstanda çimərlikdə şezlonq üzündən dava turistin ölümü ilə nəticələndi
82 yaşlı turist Afina yaxınlığındaki Vuliyaqmeni çimərliyi şezlonq üzündən dava zamanı ölüb. Münaqişə 76 yaşlı kişi və onun 21 yaşlı yoldaşı ilə baş verib.

Afinada şezlonq üstündə başlayan mübahisə ölümlə nəticələnib
Afinada 82 yaşlı turist çimərlikdə şezlonq üstündə yaranan mübahisə zamanı döyülərək həyatını itirib.
Hadisə Vuliyaqmeni çimərliyində baş verib. Məlumata görə, 82 yaşlı kişi 76 yaşlı başqa bir kişi və onun 21 yaşlı qadın yoldaşı ilə şezlonqu paylaşmaq məsələsində mübahisə edib.
Mübahisə zamanı 76 yaşlı kişi və qadın turisti döyüblər. Hadisə yerinə gələn həkimlər onun həyatını xilas etməyə çalışsalar da, nəticə olmayıb. Turist xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.
76 yaşlı şübhəli saxlanılaraq polis bölməsinə aparılıb. Onunla birlikdə olan 21 yaşlı qadının da hadisə ilə bağlı ifadəsi alınır.
Mənbə: lenta.ru





