23 noyabr 2026 Bakı — USD 1.70EUR 1.86660TRY 0.03360100×RUB 2.07370
media.az
Siyasət

Zelenski: Krım körpüsü Ukraynanın qanuni hərbi hədəfidir

Ukrayna prezidenti Vladimir Zelenski NBC News-a müsahibəsində Krım körpüsünün Ukrayna qoşunlarının zərbələri üçün qanuni hədəf olduğunu deyib. Onun sözlərinə görə, Krım Rusiya tərəfindən işğal edilib.

Mətn ölçüsü
Zelenski: Krım körpüsü Ukraynanın qanuni hərbi hədəfidir
Siyasət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Ukrayna Prezidenti Vladimir Zelenski Krım körpüsünün Ukrayna qüvvələrinin zərbələri üçün qanuni hərbi hədəf olduğunu bildirib.

F4media.az xəbər verir ki, Zelenski bu barədə NBC News-a müsahibəsində danışıb.

Ukrayna Prezidenti körpüyə endirilən zərbənin Rusiyanın Ukrayna ərazisinə həyata keçirdiyi hücumlara cavab olduğunu deyib. Onun sözlərinə görə, Rusiya qüvvələrinin bir neçə Ukrayna obyektinə hücumundan sonra Kiyev cavab tədbiri görüb.

“Onlar bir neçə obyektimizə hücum etdilər və təbii ki, biz cavab verməli idik. Təbii ki, biz Krım körpüsünə zərbə ilə cavab verdik”, – deyə Zelenski bildirib.

Zelenski Krım körpüsünün Ukrayna üçün qanuni hərbi hədəf hesab edildiyini qeyd edib. O, bunun əsas səbəbi kimi Rusiyanın 2014-cü ildə Krımı işğal etməsindən sonra körpünü inşa etməsini göstərib.

“Bu, bizim üçün mütləq qanuni hədəfdir, çünki onlar Krımı, bizim Krımı işğal etdilər. Bu, 2014-cü ildə onların birinci məqsədi idi. Onlar bizim ərazimizi işğal etdilər. Sonra bu körpünü tikib, onun Rusiyanın bir hissəsi olduğunu bildirdilər”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

O, həmçinin Rusiyanın sonrakı mərhələdə Konstitusiyasına və daxili qanunvericiliyinə dəyişikliklər edərək Krımı və Ukraynanın digər işğal olunmuş ərazilərini öz ərazisinin bir hissəsi elan etdiyini xatırladıb.

Zelenskinin sözlərinə görə, bu qərarlar beynəlxalq səviyyədə qəbul edilməyib. O, Krım və digər işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınmadığını bildirib.

“Əlbəttə, bu, yanlışdır. Heç kim dünyada bunu dəstəkləmirdi. Heç kim bu ərazilərin Rusiya ərazisinin bir hissəsi olduğunu qəbul edə bilməz. Bunlar müvəqqəti işğal altında olan ərazilərdir”, – deyə Ukrayna Prezidenti qeyd edib.

Krım körpüsü Rusiya ilə işğal altında olan Krım yarımadasını birləşdirən əsas nəqliyyat infrastrukturlarından biridir. Ukrayna daha əvvəl də körpünün Rusiya hərbi-logistika sistemində istifadə olunduğunu bildirərək onu legitim hərbi hədəf kimi qiymətləndirib.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Zelenski: Krım körpüsü Ukraynanın qanuni hərbi hədəfidirF4Media səsləndirməsi