27 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Azərbaycan

Lənkəran məktəbliləri Bakıda maarifləndirici səfərdə olublar

Lənkəran məktəbliləri Bakıya maarifləndirici və mədəni səfər edərək “Logos” Qadın Uzunömürlülük Rezidensiyasını və Qənirə Paşayevanın muzeyini ziyarət ediblər.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Lənkəran məktəbliləri Bakıda maarifləndirici səfərdə olublar
Azərbaycan — F4Media

Lənkəran şəhər 1 nömrəli məktəbin şagirdləri Bakıya səfər çərçivəsində bir sıra maarifləndirici və mədəni tədbirlərdə iştirak ediblər.

Səfər “Aurora Qrup”un dəstəyi və “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Şagirdlər səfər zamanı “Logos” Qadın Uzunömürlülük Rezidensiyasını ziyarət edib, burada sakinlərlə görüşərək onların həyat təcrübələri ilə tanış olublar. Çay süfrəsi arxasında keçən görüş şagirdlər üçün maraqlı və səmimi ünsiyyət imkanına çevrilib.

Səfərin növbəti ünvanı Qənirə Paşayevanın muzeyi olub. Məktəblilər muzeydə onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Bu cür səfərin şagirdlərin dünyagörüşünün genişlənməsinə, sosial ünsiyyət bacarıqlarının və milli-mənəvi dəyərlərə marağının artırılmasına xidmət etdiyi bildirilib.

Paylaş

Oxşar materiallar

Hamısına bax