Xarici diplomatlar Xankəndiyə səfər ediblər
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Qarabağ iqtisadi rayonuna səfər çərçivəsində Xankəndidəki "AzCotton" MMC-nin tikiş fabrikinə baş çəkiblər.

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Xankəndiyə səfər zamanı "AzCotton" MMC-nin tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara müəssisənin iş şəraiti və istehsalat prosesləri təqdim olunub.
Səfər diplomatik korpusun ölkənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 11 sentyabr 2026-cı il tarixində başlayan ikigünlük səfəri çərçivəsində həyata keçirilir.
Mənbə: report.az





