Bakıda IV İqlim Həftəsi başlayıb
IV İqlim Həftəsinin açılış mərasimində dövlət qurumlarının, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Bakı Konqres Mərkəzində IV İqlim Həftəsinin (CW4) rəsmi açılışı olub. Tədbir aktual ekoloji çağırışları və dayanıqlı inkişaf strategiyalarını müzakirə etmək üçün geniş dairə iştirakçıları bir araya gətirib.
Açılış mərasimində yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, deputatlar, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri iştirak ediblər.
Mənbə: musavat.com





