27 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Ekologiya 2

Bakı İqlim Fəaliyyəti Həftəsində kənd təsərrüfatı üçün maliyyə resurslarının artırılması müzakirə edilib

Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmisi Leyla Cabbarlı-Mitova iqlim maliyyəsinin fermerlərin məhsuldarlığını artırmaq və riskləri azaltmaq üçün vacib olduğunu bildirib.

Qurban Qurbanzadə2 dəq oxunuş
Mətn ölçüsü
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən tədbir
Ekologiya 2 — F4Media

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Kənd təsərrüfatı və ərzaq sistemləri üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması: İcranın sürətləndirilməsi üçün tərəfdaşlıqların qurulması” mövzusunda tədbir keçirilib. Görüşdə kənd təsərrüfatının iqlim dəyişmələrinin təsirlərinə qarşı həssaslığı, sektora maliyyə vəsaitlərinin cəlb edilməsi və fermerlərin resurslara çıxışının genişləndirilməsi məsələləri əsas müzakirə mövzusu olub.

Ərzaq və Kənd Təsərrüfatının Dayanıqlı Transformasiyası (FAST) Tərəfdaşlığı üzrə Kənd Təsərrüfatı Nazirliyi üzrə əlaqələndirici şəxs, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova qeyd edib ki, kiçik fermerlər üçün maliyyənin əlçatan və münasib şərtlərlə təqdim edilməsi prioritet məsələdir. Onun sözlərinə görə, iqlimə davamlı kənd təsərrüfatına keçid müasir suvarma sistemləri, bərpa olunan enerji, iqlimə uyğun texnika, aqrar sığorta və rəqəmsal həllərin tətbiqini zəruri edir.

Tədbirdə COP29 çərçivəsində irəli sürülən “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü”nün əhəmiyyəti xüsusi vurğulanıb. Bu platformanın iqlim maliyyəsini, bilik və texnologiyaları fermerlərin praktiki ehtiyacları ilə əlaqələndirməyi, eləcə də tərəfdaşlar arasında əməkdaşlığı gücləndirməyi hədəflədiyi bildirilib.

Azərbaycanda aqrar sahənin inkişafı üçün həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə məlumat verən Leyla Cabbarlı-Mitova vurğulayıb ki, dövlət maliyyəsi özəl kapitalı əvəz etməməli, əksinə, investisiya risklərini azaltmalı və özəl investisiyaların cəlb edilməsinə şərait yaratmalıdır. O, iqlim maliyyəsinin fermer təsərrüfatlarında su və enerji istehlakının azalması, məhsuldarlığın və gəlirlərin artması, həmçinin iqlim risklərinə dayanıqlılığın güclənməsi ilə nəticələnməli olduğunu qeyd edib.

Görüşdə 2026–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində aqrar sektora dəstək mexanizmlərinin genişləndirilməsinin nəzərdə tutulduğu bildirilib. Həmçinin kənd təsərrüfatı və ərzaq sistemlərinə investisiyaların artırılması, fermerlərin və aqroərzaq KOB-larının maliyyəyə çıxışının genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Xatırladaq ki, Azərbaycan COP27 çərçivəsində elan edilmiş FAST Tərəfdaşlığının həmsədri və İdarə Heyətinin üzvüdür.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Ekologiya 2

Bakıda IV İqlim Həftəsi başlayıb

IV İqlim Həftəsinin açılış mərasimində dövlət qurumlarının, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qurban Qurbanzadə1 dəq oxunuş