28 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Kənd təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib

Kənd Təsərrüfatı Nazirliyi insan resurslarının idarə edilməsi sahəsində rəqəmsal transformasiyanı genişləndirmək məqsədilə yeni mərkəzləşdirilmiş işə qəbul sistemini aktivləşdirib.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Kənd Təsərrüfatı Nazirliyinin binası və ya rəqəmsal işə qəbul platformasını təmsil edən qrafik element.
Kənd təsərrüfatı — F4Media

Kənd Təsərrüfatı Nazirliyi insan resurslarının idarə edilməsində rəqəmsal transformasiyanın genişləndirilməsi çərçivəsində Mərkəzləşdirilmiş İşə Qəbul Portalını istifadəyə verib. Yeni platforma nazirlik sistemində dövlət qulluğu üzrə vəzifələr istisna olmaqla, digər vakant vəzifələr üzrə işə qəbul prosesinin vahid mərkəzdən idarə olunmasını təmin edir.

Layihənin ilkin mərhələsində vətəndaşların işə qəbul üzrə müraciətlərinin elektron qaydada qəbulu təmin edilib. Namizədlər nazirliyin rəsmi saytındakı karyera bölməsi vasitəsilə şəxsi kabinet yaradaraq, fərdi məlumatlarını və tələb olunan sənədləri real vaxt rejimində idarə edə bilərlər. Bu sistem işə qəbulun bütün mərhələlərinin şəffaf, operativ və səmərəli təşkilinə xidmət edir.

Portalın tətbiqi ilə nazirlik sistemində insan resurslarının idarə edilməsində vahid yanaşmanın formalaşdırılması, namizədlər üçün bərabər imkanların yaradılması və inzibati yükün azaldılması hədəflənir.

Növbəti mərhələlərdə portalın funksional imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur. Bura nazirliyin tabeli qurumlarındakı vakansiyaların vahid platforma üzərindən idarə olunması, mərkəzləşdirilmiş imtahan və qiymətləndirmə mexanizmlərinin tətbiqi daxildir. Həmçinin, işə qəbul prosesinin tam rəqəmsallaşdırılması, süni intellekt əsaslı həllərlə namizədlərin uyğunluğunun təhlili və analitik hesabatların hazırlanması planlaşdırılır.

Paylaş

Oxşar materiallar

Hamısına bax