29 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.9312-0.0045TRY 0.03470100×RUB 2.0118-0.0027
media.az
Tehsil 3

Azərbaycanlı gənclər Çində keçirilən beynəlxalq ixtira sərgisində gümüş medal qazanıblar

Azərbaycanlı ixtiraçılar Xədicə Hüseynli və Murad Qaramollayev Çində keçirilən beynəlxalq sərgidə “GeoShield” və “RingXCare” layihələri ilə gümüş medallara layiq görülüblər.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycanlı gənc ixtiraçılar Çində keçirilən beynəlxalq sərgidə
Tehsil 3 — F4Media

Avqustun 21-dən 23-dək Çinin Quançjou şəhərində “Guangzhou International Exhibition of Inventions” (IEI) beynəlxalq ixtira sərgisi keçirilib. Tədbirdə Azərbaycanı təmsil edən gənc ixtiraçılar Xədicə Hüseynli və Murad Qaramollayev öz layihələri ilə uğur qazanıblar.

Xədicə Hüseynli və Murad Qaramollayevin təqdim etdikləri “GeoShield” və “RingXCare” layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Hər iki layihə sərginin yekunlarına əsasən gümüş medala layiq görülüb.

Qeyd edək ki, beynəlxalq sərgi innovasiya sahəsində geniş miqyaslı tədbirlərdən biri olub. Sərgidə 29 ölkədən 7 müxtəlif kateqoriya üzrə ümumilikdə 3700-dən çox yerli və beynəlxalq ixtira layihəsi nümayiş etdirilib.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Tehsil 3

Fluentopia”da yeni mərhələ: Gənclər ispan dilini öyrənir

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin əməkdaşlığı ilə “Fluentopia” layihəsi çərçivəsində həyata keçirilən “İspan dili” kursunun ilk dərsi uğurla

Qurban Qurbanzadə1 dəq oxunuş