14 noyabr 2026 Bakı — USD 1.70EUR 1.88050TRY 0.03380100×RUB 2.05110
media.az
Tehsil 3

Gənclər üçün ilhamverici görüş keçiriləcək: Peşəkar qonaqlar öz təcrübələrini bölüşəcəklər

F4Media.az xəbər verir ki, gənclərin şəxsi inkişafına, peşəkar istiqamətləndirilməsinə və gələcək hədəflərinin müəyyənləşdirilməsinə həsr olunan “Gənclərin Səsi: Yolunu qur, gələcəyini yarat” adlı görüş keçiriləcək.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Gənclər üçün ilhamverici görüş keçiriləcək: Peşəkar qonaqlar öz təcrübələrini bölüşəcəklər
Tehsil 3 — F4Media

F4Media.az xəbər verir ki, gənclərin şəxsi inkişafına, peşəkar istiqamətləndirilməsinə və gələcək hədəflərinin müəyyənləşdirilməsinə həsr olunan “Gənclərin Səsi: Yolunu qur, gələcəyini yarat” adlı görüş keçiriləcək.

Görüş çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkar mütəxəssislər gənclərlə bir araya gələrək öz təcrübələrini bölüşəcək, onların suallarını cavablandıracaq və inkişaf yolları barədə fikirlərini çatdıracaqlar.

Tədbirdə klinik psixoloq Vüsalə Əmirova, iqtisadçı Fərhad Pərvizi, “Dəstəc Qrup”un İdarə Heyətinin üzvü, PhD Sakit Səmədov, eləcə də ailə-uşaq psixoloqu, “Ahəng” Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova iştirak edəcək.

Mütəxəssislərin iştirakı ilə keçiriləcək görüşdə psixoloji inkişaf, iqtisadi düşüncə, idarəetmə və ailə münasibətləri kimi müxtəlif istiqamətlər üzrə faydalı müzakirələrin aparılması nəzərdə tutulur. Tədbir gənclərin yeni biliklər əldə etməsi, peşəkarlarla ünsiyyət qurması və gələcək planlarına dair fərqli yanaşmalarla tanış olması baxımından imkan yaradacaq.

Görüş 26 sentyabr saat 15:00-da Bakı Gənclər Mərkəzində keçiriləcək.

F4Media.az olaraq gənclərin inkişafına yönələn bu cür təşəbbüslərin onların bilik və bacarıqlarının artırılmasına, gələcəyə daha inamlı addımlar atmasına töhfə verəcəyini diqqətə çatdırırıq.

Paylaş

Oxşar materiallar

Hamısına bax