28 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Tehsil 3

Tələbə qızlar üçün “Parla” təqaüd və inkişaf proqramına müraciətlər başlayıb

Təhsilin İnkişafı Fondu və "NEQSOL Holding" tələbə qızlar üçün nəzərdə tutulan "Parla" təqaüd və inkişaf proqramına müraciətlərin qəbuluna start verib.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
"Parla" təqaüd və inkişaf proqramının təqdimat illüstrasiyası
Tehsil 3 — F4Media

Təhsilin İnkişafı Fondu və "NEQSOL Holding" tərəfindən ali təhsil müəssisələrində təhsil alan qızlar üçün nəzərdə tutulmuş "Parla" təqaüd və inkişaf proqramına müraciətlərin qəbulu start götürüb.

Proqram çərçivəsində müəyyən olunmuş meyarlara cavab verən 50 tələbə qız seçilərək onlara aylıq 200 manat məbləğində təqaüd veriləcək. Maliyyə dəstəyi ilə yanaşı, iştirakçılara təcrübə və mentorluq imkanları, müxtəlif inkişaf təlimləri, həmçinin peşəkar inkişaf və təmasların qurulması (networking) imkanları təmin ediləcək.

Layihəyə qoşulan tələbələr eyni zamanda "NEQSOL Academy" və "LinkedIn Learning" onlayn təhsil platformalarına çıxış hüququ əldə edəcəklər.

Proqramda iştirak etmək üçün namizədlər Azərbaycan vətəndaşı olmalı, ölkədə yerləşən ali təhsil müəssisələrində əyani bakalavr pilləsi üzrə müəyyən edilmiş ixtisaslardan birində təhsil almalıdırlar. Bundan əlavə, tələbələrin ali məktəbə qəbul zamanı minimum 450 bal toplaması və Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin (ÜOMG) 80 faizdən yuxarı olması şərtləri qoyulub.

Müraciət edən tələbə qızların sosial və könüllülük fəaliyyətlərində aktiv olmaları, habelə proqram elanında göstərilən sosial meyarlardan ən azı birinə cavab vermələri tələb olunur. Namizədlərin seçimi üç mərhələdə — onlayn müraciət, qiymətləndirmə və müsahibə əsasında həyata keçiriləcək.

Paylaş

Oxşar materiallar

Hamısına bax