27 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Tehsil 3

ADAU-da Bilik Günü qeyd olunub: Yeni tədris ilində 2 082 plan yeri tam dolub

Azərbaycan Dövlət Aqrar Universitetində 15 Sentyabr – Bilik Günü münasibətilə təntənəli tədbir təşkil olunub. Mərasimdə ali məktəbin qəbul göstəriciləri açıqlanıb və yeni infrastruktur layihələrinə baxış keçirilib.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
ADAU-da Bilik Günü münasibətilə keçirilən təntənəli tədbirdən görüntü
Tehsil 3 — F4Media

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib. Mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov yeni tədris ilinin başlaması münasibətilə tələbə və müəllim heyətini təbrik edib. Rektor diqqətə çatdırıb ki, bu il universitet üzrə ayrılmış 2 082 plan yeri tamamilə dolub. O, tələbələri ali təhsil ocağında yaradılan imkanlardan effektiv istifadə etməyə və müasir biliklərə yiyələnməyə çağırıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə gənclərin və müasir təhsilin aqrar sektorun gələcəyindəki rolunu vurğulayıb. Nazir bildirib ki, müasir kənd təsərrüfatı artıq texnologiya, süni intellekt, rəqəmsal idarəetmə və innovasiyalarla sıx bağlıdır.

Mərasimdə universitetə 573,8 balla “Kompüter mühəndisliyi” ixtisasına qəbul olan Nurlan Məmmədov və ADAU tələbəsi adını qazanan şəhid anası Maya Quliyeva çıxış ediblər. Tədbirin sonunda yüksək akademik nəticə göstərən tələbələrə hədiyyələr və tələbə biletləri təqdim olunub.

Rəsmi hissədən sonra nazir Məcnun Məmmədov ADAU-da fəaliyyətə başlayan Azərbaycan İnnovasiya Mərkəzi, həmçinin yenilənərək müasir avadanlıqlarla təchiz edilmiş ADAU TV studiyası ilə tanış olub.

Paylaş

Oxşar materiallar

Hamısına bax