18 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8707-0.0024TRY 0.03370100×RUB 2.0606-0.0043
media.az
Azərbaycan

Banklar eyni valyutada ikinci debet kartın satışını məhdudlaşdırır

Azərbaycanda bir sıra banklar vətəndaşlara eyni kateqoriyadan birdən çox kartın satışını qadağan edib. Bəzi banklar artıq məhdudiyyəti tətbiq edib, digərləri isə oktyabrın 1-dən satışı dayandıracaq.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycanda bank kartları ilə bağlı yeni qadağa
Azərbaycan — F4Media

Azərbaycanda bir sıra banklar vətəndaşlara eyni kateqoriyadan birdən çox kartın satışını məhdudlaşdırıb.

Müvafiq təlimatlar banklara göndərilib. Bəzi banklar yeni qaydanı artıq tətbiq edir, digərləri isə 1 oktyabrdan eyni valyutada ikinci debet kartın satışını dayandıracaq.

Yeni qaydaya əsasən, vətəndaşın aktiv debet kartı varsa, həmin valyutada ikinci kart sifariş etmək mümkün olmayacaq. Lakin fərqli valyutada ikinci debet kart sifarişinə icazə veriləcək.

Xatırladaq ki, Azərbaycanda kartdan-karta mədaxil əməliyyatlarına da limit tətbiq olunub.

1 avqustdan qüvvəyə minən qaydaya əsasən, hər bir ödəniş aləti üzrə gündəlik 5 mədaxil, aylıq isə 20 min manat mədaxil limiti müəyyən edilib. Xərc əməliyyatlarına isə məhdudiyyət qoyulmayıb.

Eyni kateqoriyadan birdən çox kartın satışının məhdudlaşdırılması bank sektorunda tətbiq olunan növbəti tədbir kimi qiymətləndirilir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Azərbaycan

Tarixi rolu – qorxunun sındırılması

17 Noyabr 1988-ci ildə Azadlıq meydanına 1 milyona yaxın insan çıxdı. O vaxt SSRİ var idi, meydana çıxmaq həbs demək idi. Amma xalq ilk dəfə olaraq:

Meqamət Əliyev2 dəq oxunuş