29 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.9357+0.0028TRY 0.03470100×RUB 2.0145+0.0145
media.az
Azərbaycan

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər parkını ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakıda yerləşən Zəfər parkını ziyarət ediblər.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər parkını ziyarət ediblər
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakıda yerləşən Zəfər parkını ziyarət ediblər.

Dövlət başçısı Zəfər abidəsinin önünə əklil qoyaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.

Birinci xanım Mehriban Əliyeva da şəhidlərin xatirəsini dərin hörmət və ehtiramla anıb.

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətən müharibəsində şəhid olan qəhrəman övladlarının xatirəsini yad etdiyi xüsusi gündür.

Qeyd: Fotolar “AZƏRTAC” İnformasiya Agentliyinə məxsusdur.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər parkını ziyarət ediblərF4Media səsləndirməsi