Göygöldə “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsinə start verildi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsinə rəsmən start verilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsi başladı.
Göygöl İdman Kompleksində baş tutan layihə işğaldan azad olunmuş bölgələrdən olan gənclərin liderlik potensialının inkişaf etdirilməsi, vətənpərvərlik ruhunda formalaşması, şəxsi və peşəkar bacarıqlarının artırılması məqsədini daşıyır. Düşərgənin ilk günündə iştirakçılar tanışlıq və komanda oyunlarında iştirak edib, interaktiv fəaliyyətlərə qoşularaq proqramla tanış olublar və iqtisadi mövzular üzrə ilkin biliklər əldə ediblər.





