“Excel” bilikləri gənclərə yeni karyera imkanları yaradır
Globus Center-də təşkil olunan proqram çərçivəsində iştirakçılar Excel-in əsas və başlanğıc səviyyə funksiyalarını öyrənir, sadə data analizi və ilkin hesabatların hazırlanması istiqamətində praktiki tapşırıqlar yerinə yetirirlər.

“NAYORA” və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə data analitika sahəsində biliklərini artırmaq istəyənlər üçün “Excel” təlim proqramına rəsmən start verilib.
Globus Center-də təşkil olunan proqram çərçivəsində iştirakçılar Excel-in əsas və başlanğıc səviyyə funksiyalarını öyrənir, sadə data analizi və ilkin hesabatların hazırlanması istiqamətində praktiki tapşırıqlar yerinə yetirirlər.
Tamamilə praktiki yanaşma əsasında qurulan təlim gənclərin həm universitet həyatında, həm də gələcək karyeralarında rəqabət üstünlüyü qazanmasına və məlumatlarla effektiv işləmə bacarıqlarını inkişaf etdirməsinə hədəflənib.





