Süni intellekt diabetin idarə olunmasını asanlaşdıra bilər
Seçenov Universitetindən Vita Zektser bildirib ki, gündəlik distant əlaqə diabet xəstələrinə özünə nəzarəti saxlamağa və kənarlaşmaları vaxtında görməyə kömək edir.

Səsli süni intellekt köməkçisi diabet xəstələrinin göstəricilərini yaxşılaşdıra bilər. Bunu Seçenov Universitetinin Klinik Tibb İnstitutunun 1 nömrəli xəstəxana terapiyası kafedrasının assistenti Vita Zektser gündəlik distant əlaqənin rolunu dəyərləndirərkən bildirib.
«Gündəlik distant əlaqə özünə nəzarəti saxlamağa, kənarlaşmaları vaxtında görməyə və tövsiyələrə sadiqliyi artırmağa kömək edir», — deyə Zektser qeyd edib.
Onun sözlərinə görə, xəstə ilə bu cür əlaqə formatı öz vəziyyətinə daha diqqətli yanaşmağa və həkim təyinatlarının yerinə yetirilməsinə şərait yaradır.
Mənbə: tass.ru





